Ronaldonun klubu mübarizəni dayandırdı

 Ronaldonun klubu mübarizəni dayandırdı
  12 Mart 2024    Oxunub:640
Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandası Asiya Çempionlar Liqasında (AÇL) BƏƏ-nin “Əl Ain” komandasına penaltilər seriyasında uduzaraq, yarımfinala yüksələ bilməyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu komandalar arasında ilk oyun BƏƏ-də baş tutub və 1:0 hesabı ilə "Əl-Ayn"ın qələbəsi ilə yekunlaşıb.

Cavab görüşündə “Əl-Nəsr” 4:3 hesabı ilə qalib gələ bilsə də, səudiyyəlilər penaltilər seriyasında məğlub olublar (1:3). “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo 118-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qola imza atıb. Penaltilər seriyasında Ronaldo onun zərbəsini çevirməyi bacaran yeganə Əl-Nəsr oyunçusu olub.

Qeyd edək ki, ötən il yanvarın 2-də Ronaldo ildə 200 milyon avro müqabilində Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub.

Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 21 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. Ronaldo Asiya Çempionlar Liqasında da 8 oyunda iştirak edib. 39 yaşlı yarımmüdafiəçi 6 qol vurub və bir məhsuldar ötürmə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti