"Qarabağ" və "Neftçi" dünya reytinqində irəlilədilər

   "Qarabağ" və "Neftçi" dünya reytinqində irəlilədilər
  10 Mart 2024    Oxunub:812
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıda Azərbaycanın 2 təmsilçisi yer alıb. “Qarabağ” ötən reytinqlə müqayisədə 9 pillə yüksəlib. Ağdam təmsilçisi 164,75 xalla 61-ci pillədə qərarlaşıb. “Neftçi” də 20 pillə irəliləyib. Bakı klubu 60,75 xalla 378-cidir.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Siyahıya 385 xalla “Mançester Siti” başçılıq edir. “Real” 313 xalla 2-ci, “İnter” 307 xalla 3-cüdür.

AzVision.az



Teqlər:





Xəbər lenti