Cüdoçumuz gümüş medal qazanıb

   Cüdoçumuz gümüş medal qazanıb
  09 Mart 2024    Oxunub:910
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
AzVision.az xəbər verir ki, idmançı finalda Moldova təmsilçisi Adil Osmanova uduzub.

Mübarizəyə qoşulan Aytac Qardaşxanlı (63 kq) isə mükafat əldə edə bilməyib.

Ötən gün də Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Martın 10-da Camal Qamzatxanov (+100 kq) qüvvəsini sınayacaq.

Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir.

AzVision.az


Teqlər: idman   cüdo   gümüş   medal  





Xəbər lenti