"Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışında ilk qaliblər müəyyənləşib

   "Şahdağ" Beynəlxalq Xizək Alpinizmi yarışında ilk qaliblər müəyyənləşib
  09 Mart 2024    Oxunub:685
"Şahdağ" Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışının birinci gününün qalibləri müəyyənləşib.
AzVision.az xəbər verir ki, sprint yürüşü üzrə üç yaş kateqoriyasında çıxış edən xizəkçilərin mükafatlandırma mərasimi keçirilib.

Qaliblər "Şahdağ" Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif ediliblər. Onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

Yarışın birinci gününün nəticələri belədir:

U-18 kateqoriyası:

Qadınlar arasında:


I yer – Helena Eurenger (Almaniya);

II yer – Eva Sophie (Austriya);

III yer – Süeda Sultan (Türkiyə).

Kişilər arasında :

I yer – Morits Bauregger (Almaniya);

II yer – Babtiste Carrikart (Fransa);

III yer – Simon Widmoser (Avstriya).

U-20 kateqoriyası:

Kişilər arasında:


I yer – David Jost (Almaniya);

II yer –Emirhan Kars (Türkiyə);

III yer – Methsy Nogueras (Fransa).

U-23 kateqoriyası:

Qadınlar arasında:


I yer – Nikola Matkova (Slovakiya);

II yer –Nəzrin Qəribova (Azərbaycan);

III yer – Marzieh Beha (İran).

Kişilər arasında:

I yer – Andreas Mayer(Avstriya);

II yer –Jakub Siarnik (Slovakiya);

III yer – Nikola Kalistrin (Bolqarıstan).

“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışında 11 ölkədən 60-dək idmançı mübarizə aparır.

Turnir martın 10-da vertikal növ üzrə davam edəcək.

AzVision.az


Teqlər: idman   xizək  





Xəbər lenti