"Sumqayıt" ikinci pilləyə yüksəlib

"Sumqayıt" ikinci pilləyə yüksəlib
  08 Mart 2024    Oxunub:875
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
AzVision.az xəbər verir ki, günün yeganə oyununda "Səbail" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da keçirilən matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 10-cu dəqiqədə Kazimir Ninqa vurub.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla üçüncü yerdə qərarlaşıb.

Turun növbəti oyunları martın 9-10-da baş tutacaq.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti