Boksçumuz lisenziya turnirində ikinci qələbəsini qazanıb

Boksçumuz lisenziya turnirində ikinci qələbəsini qazanıb
  08 Mart 2024    Oxunub:906
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib.

Bütün raundları xeyrinə başa vuran Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.

Bu gün daha 1 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.

AzVision.az


Teqlər: idman   boks   qələbə  





Xəbər lenti