Azarkeş qrupu “Neftçi”nin oyunlarını boykot etdi

Azarkeş qrupu “Neftçi”nin oyunlarını boykot etdi
  08 Mart 2024    Oxunub:725
"Forza Neftçi" azad azarkeş qrupu "Neftçi"nin oyunlarını boykot edib.
AzVision.az xəbər verir ki, fan-klub bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir: "Forza Neftçi" olaraq, uğrunda hər şeyə razı olduğumuz, bütün fədakarlıqları etdiyimiz - “Neftçi”nin oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik.

Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir. Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.

Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb".

Qeyd edək ki, "Neftçi" hazırda Misli Premyer Liqasında 36 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Qarabağ"dan 24 xal geri qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti