Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər

   Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
  07 Mart 2024    Oxunub:614
Martın 11-dən 13-dək Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri keçiriləcək.
Yarışda Azərbaycan pəhləvanları da mübarizə aparacaq.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Hüseyn Savadov (55 kq), Tural Əhmədov, Rəhman Kərimov (hər ikisi 60 kq), Məhəmməd Şükürzadə, Fərid Baxışlı (hər ikisi 63 kq), Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev (hamısı 67 kq), Ruslan Nurullayev, Faiq Səfərli, Kamran Rəcəbli (hamısı 72 kq), Davud Məmmədov, Kənan Abdullazadə (hər ikisi 77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev, Cocu Səmədov (hər ikisi 87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəyal Əliyev və Kənan Hacıəliyev ədaləti qoruyacaqlar.

AzVision.az


Teqlər: idman   güləş   turnir  





Xəbər lenti