“Qarabağ” - “Bayer” oyununda heç-heçə! - Video

  “Qarabağ” - “Bayer” oyununda heç-heçə! -  Video
  07 Mart 2024    Oxunub:2020
Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, bu mərhələyə qədər irəliləyən Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxacaq.

Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda Bundesliqada ən yaxın izləyicisi - ardıcıl 11 mövsümün çempionu "Bavariya"nı 10 xal qabaqlayaraq lider olan "Bayer" həm də bu mövsümün məğlubedilməz komandasıdır. Leverkuzenlilər bütün turnirlər daxil 34 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 30-da qalib gəlib, 4 oyunda heç-heçə edib.

Oyuna maraq da olduqca yüksəkdir. Satışa çıxarılan bütün biletlər azarkeşlər tərəfindən alınıb. "Qarabağ"ı stadiondan 30 min, "Bayer"i isə 400-dək azarkeş dəstəkləyəcək.

Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.

Əlavə edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.

7 mart

UEFA Avropa Liqası


1/8 finalın ilk oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya)

Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
***


Komandaların start heyətləri:

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 27.Toral Bayramov, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade. 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, N.Axundzadə,

“Bayer”: 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Eksekiel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlozek

Ehtiyat oyunçular: Hradeski, Lomb, Stanişiç, Hofmann, Vits, Şik, Hincapye, Hlozek, Palasios, Frimpoq, Puerta, Caka
***
Matç başlayıb.
***
26-cı dəqiqədə Yassin Benzia hesabı açdı - 1:0.

***
Juninyo 45+2-ci dəqiqədə hesabı 2:0 edir.

***
Fasilə
***
İkinci hissə başladı
***
Rəqib fərqi azaldır: 71-ci dəqiqədə Vits qol vurdu 2:1.

***
90+2-ci dəqiqədə Patrik Şik hesabı bərabərləşdirdi - 2:2.


AzVision.az


Teqlər:





Xəbər lenti