"Qarabağ" bu gün "Bayer 04"ü qəbul edəcək

   "Qarabağ" bu gün "Bayer 04"ü qəbul edəcək
  07 Mart 2024    Oxunub:706
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.

UEFA Avropa Liqası

1/8 final, ilk oyun


7 mart

21:45. "Qarabağ" - "Bayer 04" (Almaniya)

Baş hakim: Benua Bastyen (Fransa).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti