Mask "Disney"i irqçilik və cinsiyyətçilikdə ittiham edib

   Mask "Disney"i     irqçilik və cinsiyyətçilikdə    ittiham edib
  08 Fevral 2024    Oxunub:1139
Amerikalı iş adamı İlon Mask "The Walt Disney Company" nin inklüzivlik standartlarını tənqid edib. Media şirkətinin milli və cinsi azlıqlara kvota verilməsini nəzərdə tutan siyasətini irqçilik və seksizmin təzahürləri adlandırıb.
"Tesla" və "SpaceX"-in rəhbəri iddia edir ki, onun əlinə "Disney"in daxili işə qəbul qaydaları keçib. Orada bildirilir ki, şirkətin layihələrində əsas və təkrarlanan personajların ən azı 50%-i “az təmsil olunan qrupların” (azlıqların) üzvləri olmalıdır. Eyni şey çəkiliş heyətinə də aiddir.

Eyni zamanda, "Disney" rəhbərliyi müəyyən bir qrupun nə qədər geniş təmsil olunduğuna qərar vermək hüququnu özündə saxlayır. "Bu, məcburi və qanuni şəkildə rəsmiləşdirilmiş irqçilik və cinsiyyətçilikdir" deyən Mask sənədi şərh edərək "Disney"in yanaşmasını "inklüziv gestapo" adlandırıb.

İş adamının sözlərinə görə, son illərdə bir çox "Disney" layihələrinin uğursuzluğu da bununla bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti