Texnologiyanın inkişafı hansı peşələri sıradan çıxaracaq?

Texnologiyanın inkişafı hansı peşələri sıradan çıxaracaq?
  06 Fevral 2024    Oxunub:1514
Təxminən beş ildən sonra bütün dünyada müxtəlif peşələr üzrə iş yerlərinin sayı azalmağa başlayacaq.
Bu barədə Rusiya Elmlər Akademiyasının (RAN) prezidenti Gennadi Krasnikov RAN-ın 300 illik yubileyi münasibətilə TASS-a müsahibəsində deyib.

O, qeyd edib ki, yaxın gələcəkdə qabaqcıl texnologiya və süni intellektin inkişafı ilə əlaqədar sürücü, tərcüməçi və hüquqşünasların sayı xeyli azalacaq. Hazırda bu sahələrdə çalışanların sayı hədsiz çoxdur. Sürücülər arasında ilk ixtisarlar isə yük daşıyanlar bağlı olacaq.

Akademik eyni zamanda bu peşələrin bir sinif olaraq tam yoxa çıxmayacağını, əksinə, vakant yerlərin azalmasının güclü rəqabətə səbəb olacağını izah edib. Krasnikov bu tendensiyanın təxminən beş ildən sonra müşahidə ediləcəyini proqnozlaşdırıb.

"Bu, bizim yaşamalı olduğumuz obyektiv reallıqdır. Lakin təkrar edirəm, biz indidən mümkün mənfi nəticələrə hazırlaşmalıyıq", - Rusiya Elmlər Akademiyasının prezidenti qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Texnologiya  





Xəbər lenti