103 yaşlı kişi 49 yaşlı qadınla evləndi

   103 yaşlı kişi 49 yaşlı qadınla evləndi
  01 Fevral 2024    Oxunub:1261
Hindistanın Bhopal şəhəri yaxınlığında yaşayan Həbib Nazar adlı kişi 103 yaşında özündən yaşca iki dəfə kiçik Firoz Yahan adlı qadınla evlənib.
Bu barədə NDTV yazıb. Nəzər və Yahan keçən il evlənsə də, onların toy mərasiminin videosu yalnız 2024-cü ilin yanvarında yayılıb. Bu, Həbib Nəzərin üçüncü, Firoz Yahanın ikinci toyudur. 49 yaşlı qadın öz istəyi ilə ailə qurmaq qərarına gəldiyini və heç kimin onu buna məcbur etmədiyini vurğulayıb.

Firoz Yahan qeyd edib ki, ərinin səhhəti əladır və heç bir problemi yoxdur. Yaş fərqinə baxmayaraq, yeni evlənənlər xoşbəxtdirlər və ömürlərinin qalan hissəsini birlikdə keçirməyə hazırdırlar.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti