Cərrahlar xəstədən 32 kq şiş çıxarıblar

   Cərrahlar xəstədən 32 kq şiş çıxarıblar
  21 Yanvar 2024    Oxunub:1449
Maqdeburqda həkimlər 24 yaşlı xəstədə nəhəng yumurtalıq şişi aşkar ediblər, çəkisi 30 kq-dan çox olan şiş uğurla çıxarılıb.
Bu barədə “Mirror” xəbər verib. 24 yaşlı Almaniya sakini təngnəfəslik və ümumi halsızlıq şikayətləri ilə həkimə müraciət edib. Müayinə zamanı həkimlər gənc qadında yumurtalıqda nəhəng xoşxassəli şiş - kistadenoma aşkar ediblər.

Neoplazma uzun müddət bağırsaqları və mədəni sıxdığı üçün xəstə normal qidalana bilməyib və çox çəki itirib.

Bir neçə saat ərzində şiş çıxarılıb, qadın əməliyyatdan sonra bir həftə həkim nəzarətində olub və qənaətbəxş vəziyyətdə ambulator müalicəyə buraxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti