Lusifer Rusiyada anadan olub

   Lusifer Rusiyada anadan olub
  18 Yanvar 2024    Oxunub:1047
Rusiyanın Krasnodar diyarının qeydiyyat şöbəsi 2023-cü ildə valideynlərin yeni doğulmuş körpələrə qoyduğu ən qeyri-adi adları açıqlayıb.
Bu barədə “93.ru” məlumat yayıb. 2023-cü ildə Krasnodar vilayətinin sakinləri yeni doğulmuş körpələrinə ad seçməkdə yaradıcılıq nümayiş etdiriblər. Bölgənin qeydiyyat şöbəsindən verilən məlumata görə, oğlan uşaqları üçün ən qeyri-adi adlar arasında Almaz, Qızıl və Zümrüd olub, körpələrdən birinə Lusifer adı verilib.

Valideynlərin bu adı seçmələrinin səbəbləri hələ də məlum deyil. Qeyd dəftərxanasının mütəxəssisləri qızların qeyri-adi adları arasında Valkiriye, Matrona, Yaromira və Noemi adlarını çəkdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti