Sevginin gücü: Qadın paltarında sevgilisi üçün imtahana girdi

      Sevginin gücü:    Qadın paltarında sevgilisi üçün imtahana girdi
  17 Yanvar 2024    Oxunub:1383
Hindistanda cavan oğlan sevgilisi üçün universitet imtahanından keçmək üçün dodaq boyası çəkib və qadın paltarı geyinib.
Bu barədə "The Indian Express" yazıb. Belə ki, oğlan tibbi işçiləri üçün nəzərdə tutulan intizam imtahanından keçmək istəyib. Hətta bunun üçün saxta sənədlər də hazırlayıb. Yeni görkəmlə universitet işçilərini aldatsa da, onun planı baş tutmayıb:

“Həmin şəxs imtahan zalına girə bilib. Lakin ərizə vərəqəsindəki fotoşəkil sözügedən namizədin üzünə uyğun gəlmədiyi üçün müəllimlər şübhələniblər”, - deyə məlumatda bildirilib.

İlkin olaraq universitet rəsmiləri həmin şəxsi evə göndərsələr də, sonradan onun barəsində şikayət ərizəsi yazıblar və hazırda istintaq aparılır. Həmçinin, polis hindlinin sevgilisini də məsuliyyətə cəlb edib, çünki qızın razılığı olmadan oğlan imtahana gedə bilməzdi.

AzVision.az



Teqlər:





Xəbər lenti