"Poxmeli" yüngülləşdirən səhər yeməyi

"Poxmeli" yüngülləşdirən səhər yeməyi
  29 Dekabr 2023    Oxunub:1384
Səhər avokado, feta pendiri, göbələk və pomidor ilə zeytun yağında üç yumurtalı omlet spirtli içkinin təsirindən ayılmağa kömək edir.
Bunu Metro-ya dietoloq Kara Şou deyib. Şou izah edib ki, alkoqol intoksikasiyasından xilas olmaq üçün səhər yeməyi iki parametrə cavab verməlidir - qanda şəkərin səviyyəsini normallaşdıra bilməli, etanolu emal edən və parçalayan orqan olan qaraciyəri həddindən artıq yükləməsini qarşısını almalıdır.

Mütəxəssis zeytun yağında üç yumurtalı omlet hazırlamağı məsləhət görür. Yumurta zülal, B vitaminləri və qaraciyər funksiyasını dəstəkləyə bilən antioksidantlarla zəngindir. Omletə yarım avokado, bir parça feta pendiri, bir miqdar göbələk və pomidor əlavə etmək lazımdır.

Avokado qan təzyiqini aşağı salan və şişkinliyi aradan qaldıran sağlam yağlar və kalium mənbəyidir. Bu məhsulda antioksidant fəaliyyəti sayəsində orqanizmin bir çox funksiyalarında mühüm rol oynayan E vitamini də var. Feta pendiri zülalla, göbələklər isə həzmə kömək edən B vitaminləri ilə zəngindir.

AzVision.az



Teqlər:





Xəbər lenti