Santa-Klaus milyonlarla hədiyyə paylayıb

Santa-Klaus milyonlarla hədiyyə paylayıb
  25 Dekabr 2023    Oxunub:851
Santa-Klaus (Şaxta Baba) katoliklərin Milad bayramı ilə əlaqədar dünyanın bütün qitələrinə gəzərək təxminən 6,7 milyon hədiyyə paylayıb.
Bu barədə Santa-Klausun hərəkət istiqamətini izləyən Şimali Amerika Qitəsinin Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb. Onun yerini müəyyən etmək üçün peyklərdən və döyüş təyyarələrindən istifadə edilir.

Ənənəyə uyğun olaraq, Santa-Klaus dekabrın 24-də doqquz maralın çəkdiyi sehrli kirşə ilə dünya səyahətinə çıxır. O, hazırda ABŞ-ın qərb hissəsini gəzir.

Qeyd edək ki, Milad bayramının baş personajının hərəkət istiqamətini izləmək ənənəsi 1955-ci ildə başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti