UNO Baydenin təyyarəsi yaxınlığında

UNO Baydenin təyyarəsi yaxınlığında
  25 Dekabr 2023    Oxunub:746
Amerika prezidenti Cozef Baydenin təyyarəsinin eniş etdiyi zaman Los-Anceles hava limanı üzərində uçan naməlum obyekt (UNO) görünüb.
Bu barədə “The New York Post” yazıb. Hadisə dekabrın əvvəlində baş verib. Nəşrin məlumatına görə, sferik aparatı iki videoqraf aşkarlayıb. Həmin şəxslər beşinci nəsil F-35 qırıcısına yanacaq doldurulması zamanı çəkilmiş videogörüntülərdə qəribə obyekt görüblər.

Söhbət “bir nömrəli təyyarə”ni müşayiət edən obyektdən gedir. Üstəlik, həmin an Ağ Ev sahibinin özü də hava gəmisinin salonunda olub. Hələ ki, Ağ Ev məlumatlara münasibət bildirməyib.


AzVision.az


Teqlər:





Xəbər lenti