Putinin vizit kartı 2 milyona satılıb

   Putinin vizit kartı 2 milyona satılıb
  25 Dekabr 2023    Oxunub:894
1990-cı illərin əvvəllərində Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışan Rusiya Prezidenti Vladimir Putinin vizit kartı satışa çıxarılıb.
Vizit kartının başlanğıc qiyməti min rubl idi. Sonda vizit kart iki milyon rubla alınıb. Hərrac saytında onun kim tərəfindən alınması haqqında məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada keçirilən hərracda 340 min rubla satılmışdı.


AzVision.az


Teqlər:





Xəbər lenti