Qazlı içkilərlə autizm arasında əlaqə tapılıb

Qazlı içkilərlə autizm arasında əlaqə tapılıb
  25 Dekabr 2023    Oxunub:1117
Hamilə qadınların dadlandırıcı aspartam əsasında qazlı içkilərin qəbulu onların dünyaya gətirdikləri oğlanlarda autizm spektri pozğunluğunun inkişafı ilə əlaqələndirilir.
Bu nəticəyə San Antonioda (ABŞ) ictimai akademik sağlamlıq tədqiqat mərkəzinin tədqiqatçıları gəlib. Nəticələr Nutrient jurnalında dərc olunub.
Araşdırmada 235 ailə iştirak edib. Hər ailədən ən azı bir uşağa autizm spektri pozğunluğu diaqnozu qoyulub. Elmi işə autizmi olmayan uşaqları olan 121 ailənin məlumatları da daxil edilib. Tədqiqatçılar qadınların hamiləlik dövründə istehlak etdikləri pəhriz soda miqdarı haqqında məlumat toplayıblar.

Nəticələr göstərib ki, autizmli oğlanların anaları hamiləlik dövründə bu pozğunluğu olmayan oğlanların analarına nisbətən üç dəfə çox pəhriz soda içiblər. Bundan əlavə, istehlak edilən aspartam miqdarının artması, uşağın ağır autizm inkişaf etdirmə ehtimalının daha yüksək olması ilə əlaqələndirilib.


AzVision.az


Teqlər:





Xəbər lenti