İnsan beyni kimi yaddaşa malik quş

İnsan beyni kimi yaddaşa malik quş
  25 Dekabr 2023    Oxunub:1276
Ruhr Universitetinin (Almaniya) alimləri müəyyən ediblər ki, quşların iş yaddaşı insanlarla eyni şəkildə işləyir.
Araşdırmanın nəticələri Communications Biology jurnalında dərc olunub. Qarğalar fəsiləsinin dolaşa cinsinə aid quş növü insanlarla eyni iş yaddaşı problemlərinə malikdirlər: onların xatirələri zamanla daha az dəqiq olur.

İşçi yaddaş qısamüddətli və uzunmüddətli məlumatların inteqrasiyasına və onun işlənməsinə cavabdeh olan yaddaş növüdür. O, eşitmə və məkan yaddaşından, bu tip yaddaşı bir-biri ilə əlaqələndirən epizodik sahədən ibarətdir. Bu yaddaş, məsələn, parolları, nömrələri və ya sözləri saxlaya bilər.

Tədqiqatçılar rəngləri yadda saxlamaq da daxil olmaqla, iki dolaşanı müxtəlif sınaqlardan keçiriblər. Hər bir quş sınağa başlamaq üçün ağ düyməni vurmalı idi.

Daha sonra 64 rəngdən ibarət cədvəl göstərilməzdən əvvəl onlara müvafiq rəng göstərilib. Quşlar masaya baxıb hədəf seçməli idilər. Hədəfi vurmaq üçün rəng sayları çoxaldıqca quşların cavab dəqiqliyi aşağı düşüb. Alimlər hesab edir ki, araşdırma quşların qısamüddətli yaddaşa malik olduğu göstərir.


AzVision.az


Teqlər:





Xəbər lenti