Qadınların daha çox yeməli olduğu məhsullar

Qadınların daha çox yeməli olduğu məhsullar
  25 Dekabr 2023    Oxunub:932
Balıq, qoz-fındıq, meyvə və tərəvəzlər qadınların qanındakı yağın səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
Bunu “Nutrients” jurnalında dərc olunan araşdırma göstərib. Tədqiqatçılar 2011-2012-ci illərdə avstraliyalıların sağlamlığı ilə bağlı aparılmış geniş araşdırmanın məlumatlarından istifadə ediblər. Onlar qadınların qanında triqliseridlərin (yağların) səviyyəsinin necə dəyişəcəyini təxmin etməyə imkan verən model hazırlayıblar. Qanda yüksək yağ səviyyəsi piylənmə, ürək xəstəliyi və 2-ci tip diabet riskini artırır.

Nəticələr göstərib ki, emal olunmuş qidaların istehlakının 50% azaldılması, minimal işlənmiş və ya işlənməmiş qidaların istehlakının 25-75% artırılması trigliseridlərin səviyyəsini 2,8% azaldır. İşlənmiş qidalara hazırlamaq üçün bir çox emal mərhələsini tələb edən qidalar daxildir. Çox vaxt bu qidalar yüksək kalorili, şəkərli və yağlıdır, digər qida maddələrində isə aşağıdır.

Beləliklə, krakerlər, kartof qızartması, səhər yeməyi taxılları və kolbasa ultra emal edilmiş hesab olunur. İşlənməmiş qidalara meyvələr, tərəvəzlər, qoz-fındıq, göbələklər və ət daxildir.


AzVision.az


Teqlər:





Xəbər lenti