Finlandiyada tumsuz qəhvə yaradılıb

 Finlandiyada tumsuz qəhvə yaradılıb
  25 Dekabr 2023    Oxunub:1144
Espoo şəhərində yerləşən Finlandiyanın Dövlət Araşdırma Mərkəzinin alimləri qəhvə ağacının hüceyrələrindən kofe əldə ediblər.
Bu barədə Yle portalı məlumat yayıb. Tədqiqatın rəhbəri Hayko Rişerin dediyinə görə, laboratoriyada istehsal olunan qəhvə dadı ilə əsl qəhvəyə 80% bənzəyir: “Qəhvənin bu şəkildə hazırlanması çoxlu yeni texnologiya tələb edir. Qəhvə, məsələn, lazer şüalarından istifadə etməklə qovrulur”.

Məhsul toxumsuz qəhvə adlanır. Tədqiqatçılar ümid edirlər ki, onların inkişafı istehsalçıları maraqlandıracaq. Laboratoriyada yetişdirilən qəhvə üçün qida dərəcəsi statusunun əldə edilməsi prosesi təxminən dörd il çəkə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti