İlk türk kosmonavtın uçuş tarixi təxirə salınıb

   İlk türk kosmonavtın uçuş tarixi təxirə salınıb
  21 Dekabr 2023    Oxunub:1713
İlk türk kosmonavt Alper Gezeravcının kosmosa getmə tarixi 17 yanvar 2024-cü ilə təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Kaçır ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) paylaşımına istinadən açıqlama yayıb.

O qeyd edib ki, türkiyəli kosmonavtın da iştirak edəcəyi Ax3 missiyasının əlverişsiz hava şəraiti və SpaceX planlarında dəyişikliklər səbəbiylə 17 Yanvar 2024-cü il tarixinə təxirə salınıb.

"Mataqlı səyahət üçün bir az daha səbirli olmalıyıq".

NASA-nın açıqlamasında isə deyilir: "Əlverişsiz hava şəraiti və SpaceX-in buraxılış planındakı dəyişikliklər səbəbindən yanvarın 17-dən əvvəl Kennedi Kosmik Mərkəzindən Axiom 3 Missiyasını kosmosa göndərmək planlaşdırılmır."

AzVision.az



Teqlər:





Xəbər lenti