Kosmosda ilk dəfə mürəkkəb üzvi maddələr aşkarlandı

Kosmosda ilk dəfə mürəkkəb üzvi maddələr aşkarlandı
  20 Dekabr 2023    Oxunub:1591
Ceyms Uebb Kosmik Teleskopu (CUKT) ilk dəfə canlı orqanizmlər üçün vacib struktur elementləri rolunu oynayan formaldehid və sirkə turşusu da daxil olmaqla, protoulduzların ətrafında kompleks üzvi molekullar (KÜM) aşkar edib.
Tədqiqatın nəticələri “Astronomy and Astrophysics” jurnalında dərc edilib. Adətən ulduzlararası kompleks üzvi maddələr sadə spirtlər, sadə esterlər və nitrillərdən ibarətdir. Bu qrupa aid olmaq üçün molekulun ən azı altı atomu olmalı, onlardan biri isə karbon ehtiva etməlidir. Bu maddələr protoulduzları və protoplanetar disklər yaradır.

Yeni araşdırmada bir qrup astronom Perseus molekulyar buludunda təxminən iki işıq ili məsafədə olan bir cüt Gənc, Böyük və Kiçik kütləli protostarları (IRAS 23385 və IRAS 960) tədqiq edib. Bu zaman Asetaldehid (CH3CHO), Etanol (CH3CH2OH), Metilformat (CH3OCHO) və sirkə turşusu (CH3COOH) kimi üzvi birləşmələr müəyyən edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti