Çində ölüllər süni intellektlə canlandırılır

 Çində ölüllər süni intellektlə canlandırılır
  16 Dekabr 2023    Oxunub:1727
Çində yaxınlarını itirənlər texnologiya şirkətlərinin süni intellektlə dəstəklənən proqram təminatı sayəsində onlarla danışa bilir.
Fransız xəbər agentliyi AFP-nin məlumatına görə, Çində insanların səs görüntülərindən hazırlanan “xəyal botlar” adlı avatarlara böyük tələbat var.

Ölkədəki süni intellekt şirkətlərindən biri olan "Super Brain" 20 gün ərzində 10 min ilə 20 min yuan (təxminən 2400 manatla ilə 4800 manat) arasında dəyişən qiymətlərlə istənilən şəxsin avatarını hazırlayır.

Bildirilir ki, şirkətin müştəriləri arasında mərhumun yaxınları, uşaqları ilə vaxt keçirə bilməyən valideynlər, hətta keçmiş sevgilisinin avatarını düzəldənlər də var.

"İndependent"in məlumatına görə, şirkət sahibi Zhang etdikləri iş nəticəsində bir çox insanın emosional ehtiyaclarını qarşıladıqlarını qeyd edib: "Birinin rəqəmsal versiyası, bədəni yox olduqdan sonra da sonsuza qədər mövcud ola bilər", deyə o əlavə edib.

Süni intellekt texnologiyasına diqqət yetirən Çində yerləşən "Silicon Intelligence" şirkətinin qurucusu Sima Hupeng avatarların "humanizm anlayışında yeni zəmin yaradacağını" müdafiə edib.

Böyük Britaniyanın Bath Universitetindən Tal Morse bu cür proqram təminatının psixoloji və etik ölçüləri ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti