Gəncədə möhtəşəm sirk şousu

   Gəncədə möhtəşəm sirk şousu
  13 Dekabr 2023    Oxunub:2148
Gəncə şəhərində ölkənin ən böyük Daimi Sirk Şapitosu quraşdırıldı!
AzVision.az xəbər verir ki, Azərbaycanda Sirk sənətin inkişafı məqsədilə və ölkəmizin qərb bölgəsinin istəklərini nəzərə alaraq Gəncə şəhərində “GƏNCLAND” istirahət mərkəzində Beynəlxalq standartlara cavab verən, ölkənin ən böyük daimi sirk şapitosu artıq quraşdırılıb. Bu barədə məlumatı Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı, sirk proqramların təşkilatçısı Allahverdi İsrafilov verib.

Bakı Dövlət Sirki qış mövsümünə start verir
O bildirib ki, 19 dekabr tarixindən - 7 yanvar tarixinə kimi "GƏNCLAND" istirahət mərkəzində quraşdırılan daimi sirk şapitosunda "Yeni İl Macərası" adlı beynəlxalq sirk proqramı təqdim ediləcək. Proqramda dünyaca məşhur sirk artistləri çıxış edəcəklər. Onların arasında əyləncəli kloun, akrobatlar, gimnastlar, ekvilibristlər, ayılar və tutuquşular da olacaq. “Yeni İl Macərası” adlı beynalxalq sirk həm uşaqlar, həm də böyüklər üçün çox maraqlı və əyləncəli keçəcək.

İlk proqram 19 dekabr tarixində valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin övladları üçün nümayiş olunacaq.

Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə etmək mümkündür.

AzVision.az

Qalereya




Teqlər:   sirk   Gəncə  





Xəbər lenti