ABŞ sakini iki dəfə lotereyada 10 milyon dollar udub

 ABŞ sakini iki dəfə lotereyada 10 milyon dollar udub
  11 Dekabr 2023    Oxunub:1542
ABŞ-da bir kişi eyni yerdən aldığı iki lotereya biletinin hər biri ilə 10 milyon dollar udub.
Bu barədə New York Post məlumat yayıb. Bruklin sakini Ueyn Mürrey 2022-ci ilin avqustunda ilk dəfə lotereyada 10 milyon dollar udub. Hadisədən bir il sonra o, yenidən həmin yanacaqdoldurma məntəqəsindən lotereya bileti alıb və yenə də analoji məbləğdə pul udub.

Mürrey emosiyaları və planları barədə danışmayıb. Adamın iki dəfə uduşlu biletləri aldığı yanacaqdoldurma məntəqəsinin əməkdaşı Mürreyi təvazökar və mehriban biri kimi təsvir edib. O, təvazökar həyat tərzi keçirir və qayğısına qaldığı anası və xalası ilə birlikdə yaşayır.

AzVision.az


Teqlər:





Xəbər lenti