Nizami Kino Mərkəzi rejissorun qonorarı ilə işıq pulunu ödəyib – "Onların yerinə mən utandım"

   Nizami Kino Mərkəzi rejissorun qonorarı ilə işıq pulunu ödəyib – "Onların yerinə mən utandım"
  05 Dekabr 2023    Oxunub:2324
Nizami Kino Mərkəzi tanınmış kino rejissor Emil Quliyevin çəkdiyi filmin nümayişindən gələn qonorarını ona verməyib.
AzVision.az xəbər verir ki, bu barədə rejissor paylaşımında bildirib.

“Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik. Onların yerinə mən utandım, inanın Allaha.

Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da kinoteatrımız işıqlı olsun”-deyə E.Quliyev yazıb.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti