Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin olundu

   Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin olundu
  23 Noyabr 2023    Oxunub:1853
Cahangir Cahangirov adına Xora bədii rəhbər təyin olunub.
AzVision.az xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Təranə Yusifova 1968-ci il 5 dekabrda Sumqayıt şəhərində anadan olub. 1984–1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988–1993-cü illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb.

1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib.

2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti