"Alçaq bir insan olduğunu dəfələrlə sübut etdin" - Bred Pittə oğlundan sərt sözlər

   "Alçaq bir insan olduğunu dəfələrlə sübut etdin" -    Bred Pittə oğlundan sərt sözlər
  21 Noyabr 2023    Oxunub:1850
Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin oğlu, 19 yaşlı Paks atasını sərt şəkildə tənqid edib və onu “dünya səviyyəli dal” adlandırıb.
Bu barədə DailyMail xəbər verir. Qeyd olunur ki, aktyorun övladının 2020-ci ildə, Paksın 16 yaşı olarkən Atalar Günündə yazdığı yazının skrinşotu internetdə yayılıb.

“Dünya səviyyəli "dal" üçün Atalar Günü təbriki! Dəhşətli və alçaq bir insan olduğunu dəfələrlə sübut etdin. Sənin hüzurunuzda qorxudan titrəyən dörd kiçik övladına zərrə qədər hörmətin və rəğbətin yoxdur. Sən mənim ailəmə vurduğun zərəri heç vaxt başa düşməyəcəksən, çünki bunu bacarmırsan”, - ulduzun oğlu "Bir Zamanlar Hollivudda" filminə görə atasının mükafatlandırma mərasimindən fotosunu paylaşaraq yazıb.

Sənətçinin oğlu həmçinin əlavə edib ki, ata Paksın və yaxınlarının həyatını cəhənnəmə çevirib. Yeniyetmənin valideyninə bu qədər nifrət etməsinə nəyin səbəb olduğu dəqiqləşdirilməyib.

Coli və Pitt 2016-cı ildə boşanmaq qərarına gəliblər. Colinin qaldırdığı iddiada Pittin uşaqlardan birini boğmağa cəhd etdiyi, digərinə sillə vurduğu, aktrisanı başından tutub silkələdiyi deyilir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti