“Paşinyan hələ də siyasi alverə cəhd edə bilər” - Ukraynalı ekspert

   “Paşinyan hələ də siyasi alverə cəhd edə bilər” -    Ukraynalı ekspert
  13 İyul 2023    Oxunub:2826
“Son hadisələri izləyəndə belə təəssürat yaranır ki, Ermənistanla Azərbaycan arasında 1988-ci ildən davam edən münaqişə artıq başa çatmaq üzrədir”.
Bunu AzVision.az -a açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun sözlərinə görə, buna bir çox amillər səbəb ola bilər – Qərb ölkələrinin Bakının səylərini dəstəkləməsindən tutmuş, İrəvanın dünyada və regionda geosiyasi nisbətlərin dəyişdiyini və indi Rusiyanın o qədər də dəyərli və etibarlı müttəfiq olmadığını başa düşməsinə qədər. Xüsusən də, Rusiyanın “sülhməramlı kontingenti” bir sıra insidentlərdə tam dişsizliyini və ermənipərəst mövqe tutmaq istəmədiyini göstərdikdən sonra.
H.Hacıyev: "Azərbaycanın əhalisi hər gün mina təhlükəsi ilə üzləşir"

- Təbii ki, hələlik Ermənistan iqtisadiyyatı tam şəkildə Rusiya iqtisadiyyatından asılıdır, lakin bu hal tezliklə dəyişə bilər, xüsusən də, Fransa, ABŞ və hətta Türkiyə də işə qarışmaq məcburiyyətində qalarlarsa. Bir neçə il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Ermənistan hərbi baxımdan da rus texnologiyasının tam hökmranlığından tez bir zamanda uzaqlaşa bilər. Artıq bu istiqamətdə müəyyən işarələr var, - ekspert hesab edir.

Jiroxov sülh müqaviləsinin imzalanması şansını çox yüksək qiymətləndirsə də, Nikol Paşinyanın hələ də siyasi alverə cəhd göstərəcəyini istisna etmir. “Tarixin göstərdiyi kimi, istənilən gecikmə yalnız Ermənistanın mövqelərinin pisləşməsinə gətirib çıxara bilər”, - o vurğulayıb.

Tariyel Həsənov



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti