Rusiyada yeniyetmə məktəbi partlatmaq istədi

Rusiyada yeniyetmə məktəbi partlatmaq istədi
  04 Sentyabr 2020    Oxunub:3253
Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən məktəbdə partlayışın qarşısı alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar bir yeniyetmə saxlanılıb. Həmin şəxs məktəbi partlatmaq istədiyini etiraf edib.

Bundan əvvəl, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təhsil müəssisələri də daxil olmaqla müxtəlif bölgələrdə kütləvi hücumlar hazırlayan 13 nəfəri saxladığı məlum olub.

2020-ci ildə təhlükəsizlik qüvvələri Kostroma, Snejinsk, Saratov, Kerç, Saxalin, Krasnoyarsk, Tümen vilayətində və Volqoqradda təhsil müəssisələrinə planlaşdırılan bir neçə silahlı hücumun qarşısını alıb. Saxlanılanların hamısı 20 yaşdan kiçik olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Məktəb   Partlayış  





Xəbər lenti