Rusiyada kütləvi qətllər hazırlayan 13 nəfər tutulub

Rusiyada kütləvi qətllər hazırlayan 13 nəfər tutulub
  04 Sentyabr 2020    Oxunub:3464
Rusiyanın Federal Təhlükəsizlik Xidməti bir sıra təhsil müəssisələrində, güc strukturlarının binalarında və sadə insanların sıx olduğu yerlərdə kütləvi qətllər hazırlayan 13 nəfəri saxlayıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan həmin şəxslər cinayəti bir sıra bölgələrdə törətməyi planlaşdırıb.

Onlardan 11-i sosial şəbəkələrdən birinin qapalı internet icmasının üzvləri olub.

Həbs olunanların cinayət planları onların şəxsi gündəlikləri və cihazdakı məlumatlarla təsdiqini tapıb. Belə ki, qətlləri törətmək üçün istifadə edəcəkləri əldəqayırma partlayıcı qurğular, yandırıcı maddələr, travmatik və soyuq silahlar, təhsil müəssisələrinə, hüquq mühafizə orqanlarının binalarına və insanların sıx olduğu yerlərə hücum sxemləri aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti