Lukaşenko Merkellə danışmaqdan imtina edib

Lukaşenko Merkellə danışmaqdan imtina edib
  19 Avqust 2020    Oxunub:3120
Almaniya kansleri Angela Merkelin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışmaq istəyi nəticəsiz qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Merkel Avropa İttifaqı ölkələri liderlərinin onlayn görüşündən sonra brifinqdə deyib.

"Mən şəxsən Prezident Lukaşenko ilə telefon danışığı təşkil etməyə çalışdım. Təəssüf ki, baş tutmadı. Həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı istədim, söhbət bildiyiniz kimi baş tutdu", - deyə kansler bildirib.

Merkel, bu vəziyyətdə Belarusla dialoqda vasitəçi ola bilməyəcəyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti