Çexiya ÜST-ün təşəbbüsünə qoşulmadı

Çexiya ÜST-ün təşəbbüsünə qoşulmadı
  19 Avqust 2020    Oxunub:2837
Çexiya koronavirus əleyhinə peyvəndin istehsalı və paylanılması üzrə ÜST-ün COVAX proqramında iştirakdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Adam Voytex deyib.

Onun sözlərinə görə, Çexiya üçün ÜST-ün proqramında iştirak şərtləri Avropa ilə müqayisədə az əlverişlidir.

Nazir qeyd edib ki, Avropa Komissiyası hazırda vaksin istehsalçıları ilə danışıqlar aparır və onlar əhəmiyyətli irəliləyiş əldə ediblər. Çexiya tezliklə Britaniya-İsveç dərman şirkəti AstraZeneca ilə müqavilə imzalayacaq.

Bundan əvvəl ÜST-ün baş direktoru Tedros Gebreyesus koronavirus əleyhinə peyvəndin ölkələr arasında bərabər paylanılmalı olduğunu deyib və bu məsələdə millətçiliyə yol verməməyə çağırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çexiya  





Xəbər lenti