Lukaşenko sərhəd təhlükəsizliyini gücləndirməyi tapşırdı

Lukaşenko sərhəd təhlükəsizliyini gücləndirməyi tapşırdı
  19 Avqust 2020    Oxunub:2546
Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Dövlət Sərhəd Komitəsinə sərhəd təhlükəsizliyini gücləndirməyi tapşırıb.
Azvision.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, Lukaşenko ölkəyə döyüşçülər və silahların buraxılmaması, həmçinin etirazları maliyyələşdirməyə imkan verməmək üçün ciddi nəzarət aparmaq barədə tapşırıqlar verib.

"Dövlət Sərhəd Komitəsinə iğtişaşları maliyyələşdirmək üçün digər ölkələrdən pulların, yaraqlıların, silah-sursatın Belarusa daxil olmasının qarşısını almaq üçün bütün sərhəd boyunca dövlət sərhədinin mühafizəsini gücləndirməyi tapşırıram. Görürük ki, bu pul gəlir".

Belarus Prezidenti, həmçinin qeyd edib ki, həmin pulun bir hissəsi etirazçılara ödənilir.

"İşləmək istəyən insanlara pul verirlər. Çoxlu pul gəlir və üstəlik, açıq şəkildə. Sərhəd xidməti ilə yanaşı xüsusi xidmətlər də bu cür maliyyə axınlarının və kanalların kəsilməsində iştirak etməlidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti