İranda COVID-19-dan ölüm sayı 20 mini keçdi

İranda COVID-19-dan ölüm sayı 20 mini keçdi
  19 Avqust 2020    Oxunub:2610
İranda son sutka ərzində daha 153 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 20 125 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2444 nəfər artaraq 350 279-a yüksəlib.

İndiyə qədər 302 528 pasiyent sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   virus  





Xəbər lenti