Norveç Rusiya diplomatını ölkədən çıxarır

Norveç Rusiya diplomatını ölkədən çıxarır
  19 Avqust 2020    Oxunub:3023
Norveç Rusiya diplomatını casus qalmaqalından sonra ölkədən çıxarır.
Azvision.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyasının səfirinə bildirdik ki, səfirliyinin əməkdaşı persona non-qrata elan olunub və Norveçi tərk etsin. Bu, onun statusu və diplomat kimi roluna uyğun olmayan hərəkətlər etdiyinə görədir", - XİN-in açıqlamasında bildirilib.

Bundan əvvəl yayılan məlumata görə, Norveç vətəndaşı avqustun 15-də dövlət sirlərini ötürməkdə şübhəli bilinərək tutulub. Ölkənin Milli Təhlükəsizlik Xidməti həmin şəxsin Rusiya kəşfiyyatının zabiti ilə görüşdüyünü bəyan edib.

Saxlanılan şəxs 15 ilədək azadlıqdan məhrum edilə bilər. Lakin digər təfərrüatlar barədə məlumat verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti