Sorosa xidmət edən Paşinyandan Rusiya əleyhinə növbəti addım

Sorosa xidmət edən Paşinyandan Rusiya əleyhinə növbəti addım
  19 Avqust 2020    Oxunub:3147
Paşinyan rejimi Ermənistanda daha bir anti-Rusiya addımı atır. Belə ki, Rusiya telekanallarını ictimai multipleksdən çıxarmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bunu ictimai-siyasi xadim Miqran Akobyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, tezliklə Ermənistan sakinləri illər boyu yayımlanan Rusiya kanallarını, o cümlədən ölkədə geniş izləyicisi olan “Birinci kanal”, “Rusiya” və “Mədəniyyət” kanallarını izləyə bilməyəcəklər.

“Nikol Paşinyan rejimi bu qərarı belə “əsaslandırır” ki, ictimai multipleksdə yalnız erməni telekanalları olmalıdır, rus və ingilis dillərində telekanallar olmamalıdır. Onlar xüsusi bir multipleksdə (mövcud deyil) və ya xüsusi kabel şəbəkələrində ola bilər.

Hətta ağılsız adam da başa düşür ki, ingilis telekanalları ilə bağlı məsələ sadəcə bir hiylədir, çünki Ermənistandakı ictimai multipleksdə illərlə yayımlanan CNN-in sıfır auditoriyası var. Bu, dil, mədəniyyət və sivilizasiya reallığıdır. Rus dilindəki kanallar, xüsusən “Birinci kanal”, “Rusiya" və cəmiyyətləri ümumbəşəri dəyərlər və mədəniyyətlə tanış etmək üçün nəhəng maarifləndirmə işi aparan “Mədəniyyət TV” çox böyük auditoriyaya malikdirlər".



Erməni siyasətçi düşünür ki, bu addımla Nikol Paşinyan rejimi bir məqsəd güdür. Onun fikrincə, məqsəd Ermənistan-Rusiya hərbi-siyasi ittifaqına daha bir zərbə vurmaq, kimlərinsə anlaşılmaz və təhlükəli Soros gündəminə xidmət etməklə Ermənistanı Rusiyadan daha bir addım uzaqlaşdırmaqdır.

Miqran Akobyanın fikrincə, Paşinyan rejimi Rusiya telekanallarının ictimai multipleksindən çıxarılmasını suverenliyin möhkəmlənməsi, erməni dilinin mövqeyinin güclənməsi ilə əsaslandırmağa çalışacaq, amma hamı başa düşür ki, hakimiyyətə gəldikdən sonra Soros Fondunun birbaşa əmrləri ilə milli olan hər şeyə qarşı müharibə elan edən bir qrup insan suverenlik və erməni kimliyinin gücləndirilməsi barədə danışa bilməz.

"Aydındır ki, sifarişçilərin diktəsi ilə Paşinyan rejimi Ermənistan əhalisini rusdilli sivilizasiya- informasiya məkanından çıxartmaq, Rusiyada yaşayan 3 milyona yaxın erməninin ortaq bir mədəniyyət və informasiya sahəsində yaşamaq imkanlarından məhrum etmək vəzifəsini qarşıya qoyur.

Bilirsinizmi, suverenliyin gücləndirilməsi şüarları altında Rusiya telekanallarının əvəzinə erməni ictimai multipleksi, məsələn, erməni dilli "Svoboda TV" yayımlanacaqdır. Bəli, zaman-zaman erməni dilində anti-Rusiya təşviqatı, LGBT təşviqatı həyata keçirən və heç vaxt “Artsax Respublikası” və ya “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətməyən həmin “Svoboda”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Soros   Rusiya   Paşinyan  





Xəbər lenti