Ermənistanda COVID-19-a yoluxanların sayı 42 mini keçdi

 Ermənistanda COVID-19-a yoluxanların sayı 42 mini keçdi
  19 Avqust 2020    Oxunub:1891
Ermənistanda son sutka ərzində daha 210 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 056 nəfərə çatıb.

Son sutkada 1 koronavirus xəstəsi ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 833 nəfər olub.

İndiyədək 35 226 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 249 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti