Tixanovskaya Avropanı Belarusdakı seçkiləri tanımamağa çağırdı

Tixanovskaya Avropanı Belarusdakı seçkiləri tanımamağa çağırdı
  19 Avqust 2020    Oxunub:1855
Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Avropa ölkələri liderlərinə müraciət edib.
Azvision.az xəbər verir ki, Tixanovskaya Avropa ölkələrinin liderlərini Belarusda 9 avqustda keçirilən prezident seçkilərinin nəticələrini tanımamağa çağırıb.

"Bütün Belarus ərazisində səslərini qorumaq üçün şəhərlərin küçələrinə çıxan insanlar rejim tərəfindən qəddarcasına döyüldü, həbs edildi, işgəncəyə məruz qaldı. Yüzlərlə yaralı var, ən azı iki nəfər həyatını itirdi. Bu, hal-hazırda Avropanın mərkəzində baş verir" - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, ölkənin Milli Koordinasiya Şurası beynəlxalq müşahidəçilərin iştirakı ilə ədalətli və demokratik prezident seçkiləri elan edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MilliKoordinasiyaŞurası  





Xəbər lenti