Malidə qiyamçılar Baş Naziri və Prezidentin oğlunu girov götürdü

 Malidə qiyamçılar Baş Naziri və Prezidentin oğlunu girov götürdü
  18 Avqust 2020    Oxunub:3710
Malidə qiyamçılar Baş Nazir Buba Sisse və Prezidentin oğlu Karim Keytanı girov götürüblər.
Azvision.az xəbər verir ki, bu barədə “LSI Africa” portalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl bir sıra Qərb səfirlikləri paytaxt Bamako yaxınlığındakı Kati bölgəsində hərbi bazada üsyan olduğunu bildiriblər. Qiyamçıların bəzi nazirləri və yüksək vəzifəli məmurları ələ keçirdiyi qeyd olunub.

Onların arasında Xarici İşlər naziri və Maliyyə naziri də var. Həmçinin, Malinin Müdafiə naziri general İbrahim Dahir Dembelenin üsyançılar tərəfindən tutulması barədə xəbərlər yayılıb.

Yerli KİV-lərin yazdığına görə, qiyama polkovnik Dyau və Kamara, həmçinin general Şeyk Fantamadi Dembele rəhbərlik edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mali   Qiyam  





Xəbər lenti