Paşinyan Sorosdan ciddi tənbeh alıb

 Paşinyan Sorosdan ciddi tənbeh alıb
  18 Avqust 2020    Oxunub:4196
Corc Soros özünün Ermənistandakı əsas nümayəndəsi Larisa Minasyan vasitəsi ilə Aleksandr Lukaşenkoya ünvanladığı təbrikə görə baş nazir Nikol Paşinyana ciddi narazılığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə "Qolos Armeniya" nəşri hökumətdəki mənbələrə istinadən yazıb.

"Deyirlər ki, Minasyan bəhanələr gətirməli idi, məsələn, dövlətlərarası münasibətlər protokolunun bunu şərtləndirməsi və s. Amma Soros bu addımı bağışlamayıb və təbriklərlə səhv etdiyini Nikola çatdırmağı xahiş edib", - deyə məqalədə vurğulanıb.

Qeyd edilib ki, Paşinyan Qərbin diqqətini cəlb etmək üçün bir manevr etmək qərarına gəlib, belə ki, "investisiya qoymursunuz, mən fərqli bir oyun oynayacağam" düşüncəsində olub. Nəticədə Sorosdan cəzasını alaraq sakitləşib.

"Əsas vəzifəsi Rusiya-Ermənistan əməkdaşlığını gözdən salmaq olan Larisa Minasyan, Varujan Avetisyan, Arman Babacanyan və digər simalar son dərəcə narahatdırlar ki, Belarusda vəziyyət normallaşarsa, Rusiya-Belarus inteqrasiya prosesləri sürətlə qurulacaq və Nikol məcbur olacaq ki, Ermənistanın bu proseslərdə iştirak edib-etməməsinə qərar versin.

Hər iki halda mənfi nəticələrdən qaçmaq olmur və Paşinyan Rusiya ilə Qərbin maraqları arasında uzun müddət manevr edə biləcək siyasətçi deyil, çünki qoca Soros da onu bir küncə qoya bilər", - deyə qəzet yazıb.

Pərrvanə Sultanova
Azvision.az


Teqlər: Soros  





Xəbər lenti