Ukraynanın Belarusdakı səfiri geri çağırıldı

Ukraynanın Belarusdakı səfiri geri çağırıldı
  17 Avqust 2020    Oxunub:3570
Ukrayna Belarusdakı səfiri İqor Kizimanı geri çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebanın açıqlamasında deyilir.

Nazir bildirib ki, Ukrayna-Belarus münasibətlərinin perspektivlərini qiymətləndirmək, məsləhətləşmələr aparmaq məqsədilə səfir Kiyevə çağırılıb.

"Tarixdə ilk dəfədir ki, Belarus ilə münasibətlərdə belə bir addım atırıq və bunu yalnız Minskin qəbuledilməz hərəkətləri səbəbindən edirik", - deyə nazir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Səfir   XİN   Belarus  





Xəbər lenti