İranda COVID-19-a yoluxma sayı 345 mini keçdi

İranda COVID-19-a yoluxma sayı 345 mini keçdi
  17 Avqust 2020    Oxunub:2376
İranda son sutka ərzində daha 165 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 19 804 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2247 nəfər artaraq 345 450-yə yüksəlib.

İndiyə qədər 299 157 pasiyent sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti