Narkotikə görə 4 nəfər tutuldu
Həmçinin V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 153 dədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində Sabirabad şəhər sakini, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş X.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 105 qrama yaxın heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.
Azvision.az