Bakı metrosunda intihara cəhd – Qız özünü qatarın altına atdı

Bakı metrosunda intihara cəhd – Qız özünü qatarın altına atdı
  14 İyul 2017    Oxunub:8717
Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.
Hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.

Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Araşdırmalar davam etdirilir. (Report.az)

AzVision.az



Teqlər: Metro   İntihar  





Xəbər lenti