"Biz sülh müqaviləsi imzalamaqla kifayətlənməməliyik" - Mirzoyan

"Biz sülh müqaviləsi imzalamaqla kifayətlənməməliyik" -  Mirzoyan
  10 May 2024    Oxunub:895
"Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar".
Bunu Almatıda azərbaycanlı və qazaxlı həmkarları ilə görüşündə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.

"Biz daha da irəli gedə və regionda bütün nəqliyyat kommunikasiyalarını blokdan çıxara bilərik", - Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan sülhə nail olmaq, sülh müqaviləsi bağlamaq məqsədi daşıyır.

"Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik", - o vurğulayıb.

Bundan əvvəl Azərbaycan XİN rəhbəri Almatıda xarici işlər nazirləri arasında danışıqların 2 gün davam edəcəyini bildirmişdi.

Qeyd edək ki, bu gün Qazaxıstanın XİN rəhbəri Murat Nurtleunun iştirakı ilə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılır. Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti